Accessibility links

Fransa prezidenti Azərbaycana səfər edəcək


Fransa prezidenti Azərbaycana səfər edəcək

Fransa prezidenti Azərbaycana səfər edəcək

Səfər çərçivəsində ikitərəfli münasibətlər, regional münaqişələr, Nabucco layihəsi müzakirə ediləcək.

Oktyabrın birinci həftəsində Fransa prezidenti Nikolya Sarkozi Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Səfərin detalları və müddəti ötən gün prezident İlham Əliyevlə Fransanın nəqliyyat üzrə dövlət katibi Tyeri Marianinin görüşündə müzakirə olunub.

Turan Agentliyinin məlumatına görə, səfər çərçivəsində Fransa prezidenti üç ölkənin rəhbəri ilə ikitərəfli münasibətləri, regional münaqişələrin, o cümlədən Qarabağ münaqişəsinin nizamlanmasını, həmçinin Nabucco layihəsinin reallaşması da daxil olmaqla, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək.

XS
SM
MD
LG