Accessibility links

Fransa prezidenti Fransua Olland ölkəsi 2016-cı il Avropa Çempionatına ev sahibliyi etdiyi bir vaxt iki polis işçisinin bıçaqlanaraq öldürülməsini qınayıb.

Amerikanın Səsinin Parisdəki əməkdaşının verdiyi məlumata görə, şübhəli şəxsin İŞİD qruplaşmasına bağlılığı olduğu və əvvəllər radikal əməllər törətdiyi iddia edilir.

Bu gün Parisdə beynəlxalq konfransda danışan Fransa prezidenti Fransua Olland iki polis işçisinin qətlinin terror aktı adlandırıb.

O deyib ki, hücumu həyata keçirən özünü terrorçu adlandırıb və onun sadiq olduğunu iddia etdiyi qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Prezident deyib ki, beynəlxalq ictimaiyyət terrorla mübarizədə birgə addım atmalıdır.

Şübhəli Larossi Abballa əvvəlcə Paris yaxınlığında polis işçisinin evinin qarşısında bıçaqlayaraq qətlə yetirib. Daha sonra evdə barrikada quraraq öldürdüyü polisin həyat yoldaşını və 3 yaşlı oğlunu girov götürən terrorçu qadını da öldürüb. Körpənin həyatını xilas etmək mümkün olub.

Polis mənbələrinə istinad edən media bildirib ki, həmin şəxs hücumun videosunu Facebook-a yükləyərək girov danışıqları zamanı hücumu İŞİD-in adı altında etdiyi iddia edib. Şahidlər həmçinin polislərdən birini öldürən zaman onun "Allahu Əkbər" sözləri qışqırdığını görüb. Qətllərə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

XS
SM
MD
LG