Accessibility links

Fransa prezidenti Nikola Sarkozi Liviyanın müxalifət lideri ilə görüşüb


Fransa prezidenti Nikola Sarkozi Liviyanın müxalifət lideri ilə görüşüb
Fransa prezidenti Nikola Sarkozi Liviyanın müxalifət lideri ilə görüşüb

Fransa prezidenti Nikola Sarkozi Liviyanın müxalifət lideri ilə görüşüb. Görüş Parisdə Liviya müxalifətini təmsil edən Milli Keçid Şurasının lideri Mahmud Cəbril ilə keçirilib. Dünən şuranın üzvləri ABŞ rəsmiləri ilə bir araya gəlib. Vaşinqton görüşlərində nümayəndə heyətinin ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ton Donilon da daxil edilməklə, digər yüksək səlahiyyətli rəsmi şəxslərlə müzakirələri yer alıb. Ağ Evin bəyanatında bildirilib ki, şura Liviya xalqını təmsil edən etibarlı və legitim qurumdur. Lakin Milli Keçid Şurasının rəhbəri Mahmud Cəbrilin istədiyi kimi şuranın siyasi qurum kimi tanınması bəyanatda yer almayıb. Bütün bunlarla yanaşı Tripolidə döyüşlər davam edir. Bu gün şəhər yaxınlığında NATO qüvvələrinin hücumu nəticəsində həlak olduğu deyilən 11 nəfər dəfn edilib. NATO məlumatı nə təsdiq, nə də inkar edib.

XS
SM
MD
LG