Accessibility links

Fransa prezidenti İsrailin baş nazirini yalançı adlandırıb


Fransa prezidenti İsrailin baş nazirini yalançı adlandırıb
Fransa prezidenti İsrailin baş nazirini yalançı adlandırıb

Fransa prezidenti Nikola Sarkozi İsrailin baş naziri Benyamin Netanyahunu yalançı adlandırıb. Xəbər agentlikləri cənab Sarkozinin bunu Böyük İyirmiliyin Kann sammiti zamanı ABŞ prezidenti Barak Obama ilə görüşü zamanı dediyini bildirib. İki lider arasındakı bu söhbətin jurnalistlərə mətbuat konfransından əvvəl diqqətsizlikdən çatdırıldığı deyilir. Söhbət zamanı cənab Sarkozi prezident Obamaya Netanyahuya qatlanmayacağını dedikdən sonra prezident Obama ona “sənin ondan xoşun gəlməyə bilər, lakin mən onunla hər gün işləməliyəm” -deyə bildirib.

Bu dialoq Birləşmiş Ştatların İsraili və fələstinliləri ANŞ-ın vasitəçilik etdiyi sülh danışıqlarına çağırmasından sonra açıqlanıb.

XS
SM
MD
LG