Accessibility links

Fransa Moskvann qonşu Ukraynada hərəkətləri ilə bağlı narhatlıqlarla əlaqədar olaraq Rusiyaya Mistral hərbi gəmilərinin çatdırılmasını təxirə salıb.

Fransa prezidenti Fransua Hollandın idarəsinin açıqladığı bəyanatda bildirilib ki, Ukraynanın şərqində döyüşlər və Rusiyanın münaqişədə rolu ilə Avropada təhlükəsizliyin əsaslarına zərər vurulub. Bəyanat NATO-nun sammiti ərəfəsi verilib.

Bu addımla 1,6 milyard dəyərində sazişin qarşısı alınır. Fransa iqtisadiyyatının zəif durumu, işsizlik səviyyəsinin artması və sazişin həcmi nəzərə alınsa, bunun rəsmi Paris üçün asan qərar olmadığı aydın olur.

Cənab Holland deyib ki, Fransa Ukraynada atəşkəsin qarşıdan gələn günlər ərzində mümkün olacağına dair işarələrin olmasına baxmayaraq hərbi gəmilərin çatdırılmasını təxirə salmaq haqda qərar verib.

Sazişlə Fransa Rusiyaya iki Mistral gəmisi çatdırmalı idi. Bunlardan birinin çatdırılması gələn ay üçün planlaşdırılmışdı.

XS
SM
MD
LG