Accessibility links

Fransada prezident seçkilərinə bir gün qalır


Aprelin 23-də Fransada prezident seçkilərinin ilk mərhələsi keçiriləcək.

Fransa tarixində ilk dəfədir ki, hər 4 namizədin ikinci mərhələyə adlamaq şansı var.

Artıq ölkənin bəzi bölgələrində səsvermə başlayıb.

İpsos Sopra Steria təşkilatının keçirdiyi son sorğusunun nəticələrinə görə, fransalıların 24 faizi mərkəzçi Emmanuel Makrona, 22 faizi isə qatı sağçı Marin Le Penə səs verməyə hazırlaşırlar.

Prezidentliyə digər namizədlər sağçı Francua Filloinla radikal-solçu Jan-Luk Melenşon isə hərəyə 19 faiz səs toplaya bilər.

Fransalıların təxminən 1/3-i qeyri-müəyyəndir, təxminən bir o qədəri isə səsvermədə iştirak etmək fikrində deyil.

AzadlıqRadiosu Rusiya xidmətinin aprelin 22-də yaydığı məlumatına görə, bu barədə “France İnter” radiosu məlumat verib.

Bütün sosioloji xidmətlərin nümayəndələri deyirlər ki, bazar günü axşam saat 8-də kütləvi informasiya vasitələri azı 2, və ola bilsin 3 və ya 4 namizədin adını bəyan edə bilər.

Əgər namizədlər arasında fərq çox az olsa, onda sosioloqlar 2 finalçının adını tez deyə bilməyəcəklər.

Seçkilərin ikinci mərhələsi mayda keçiriləcək.

XS
SM
MD
LG