Accessibility links

Fransa səfirliyinin qarşısında 100-dən çox fəal etiraz aksiyası keçirib


Fransa səfirliyinin qarşısında 100-dən çox fəal etiraz aksiyası keçirib

Fransa səfirliyinin qarşısında 100-dən çox fəal etiraz aksiyası keçirib

Qarabağ Azadlıq Təşkilatının (QAT), Beynəlxalq Azərbaycan Diasporu Mərkəzinin və digər qurumların 100-dən çox fəalı bu gün Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar Fransa parlamentinin “erməni soyqırımı”nın inkarına görə cəzanı nəzərdə tutan qanun qəbul etməsinə etirazlarını bildiriblər.

Gücləndirilmiş polis dəstələri etirazçıları binaya yaxın buraxmayıblar və aksiya səfirliyə yaxın bağda (keçmiş “Molokan bağı”) keçirilib. Piket iştirakçıları “Rədd olsun Fransa!”, “Azərbaycan-Türkiyə!”, “Ermənistan Fransanın bacısıdır!”, “Total, Azərbaycandan çıx!” şüarlarını səsləndiriblər. Aksiya iştirakçıları Nikola Sarkozi və Serj Sarkisyanın müqəvvasını düzəldərək onlara yumurta atıblar.

Etirazçılar polis kordonunu yarmağa cəhd göstərsələr də, polis yalnız bir qrup iştirakçının aksiyanın qətnaməsini diplomatik missiyaya təqdim etməsinə icazə verib. Sənəddə aşağıdakı tələblər irəli sürülüb: "Fransa ATƏT-in Minsk Qrupundan xaric edilsin, ermənipərəst qanun ləğv edilməyənə kimi Fransa ilə bütün əlaqələr dondurulsun, Fransa malları boykot edilsin, Fransanın Total neft şirkəti Azərbaycanın neft-qaz layihələrində iştirakdan məhrum edilsin".

Aksiya gərgin şəraitdə keçsə də, insidentsiz ötüşüb və saxlanılan olmayıb.

XS
SM
MD
LG