Accessibility links

Fransa Suriyaya qarşı sanksiyaları gücləndirməyə çağırır


Fransa Suriyaya qarşı sanksiyaları gücləndirməyə çağırır

Fransa Suriyaya qarşı sanksiyaları gücləndirməyə çağırır

Suriyanın çağırışlara məhəl qoymadığı nəzərə çatdıran Fransa bildirir ki, Əsəd hökumətinə qarşı sanksiyaları gücləndirməyin vaxtı çatıb.

Fransa xarici işlər naziri Alayn Cup Ankarada mətbuat konfransında daha sərt sanksiyalara və BMT Təhlükəsizlik Şurasının qərnaməsinin qəbuluna çağırıb.

O, habelə Təhlükəsizlik Şurasında qətnaməyə qadağa qoyan ölkələrin Suriyadakı vəziyyətin ciddiliyini anlayacaqlarına ümid etdiyi bildirib.

Daha əvvəl isə Cup Fransa xəbər agentliyinə açıqlamasında demişdi ki, artıq Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinin dəyişəsi çox gecdir.

Cup Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşündən sonra açıqlama verib.

Bu gün Davutoğlu xəbərdarlıq edib ki, Suriya ordusundan dönənlərlə hökumət arasında intensivləşən döyüşlər ölkədə vətəndaş müharibəsinə yol aça bilər.

XS
SM
MD
LG