Accessibility links

Fransa polisi təhlükəsizlik tədbirlərini gücləndirir


Parisdə keçən həftə terror hücumlarından sonra Fransa polisi təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə 10 min əsgər səfərbər edib.

Müdafiə naziri Jan İv Le Drian müxbirlərə deyib ki, əsgərlər çərşənbə axşamı günü axşam saatlarından əraziyə nəzarət etməyə başlayacaq. Daxili işlər naziri Bernard Caznöv bildirib ki, qoşunların yarısı 717 nömrəli Yəhudi məktəbini müdafiə edəcək.

Onlar prezident Fransua Hollandla təhlükəsizlik ölçülərinin gücləndirilməsi məsələlərinə həsr edilmiş kabinet görüşündən sonra çıxış edib.

ABŞ dövlət katibi Con Kerri ekstremizmə qarşı mübarizə yollarını müzakirə etmək üçün cümə axşamı Fransaya səfər edəcəyini bəyan edib. O deyib ki, ABŞ kəşfiyyatı və Federal Təhqiqat Bürosu Fransa müstəntiqləri ilə birgə çalışır.

Rəsmilər hələ də polis zabitini öldürdükdən sonra yəhudi mağazasında dörd nəfəri öldürən Amedi Colibalinin yhəyat oldaşı Həyat Bumedyenin axtarışını davam etdirir.

XS
SM
MD
LG