Accessibility links

Qərb müttəfiqlərinin tənqidləri ilə üzləşən Türkiyə Fransa ilə yaxın əlaqələr qurur


Suriyada İŞİD-lə mübarizədə Qərb müttəfiqlərinin tənqidləri ilə üzləşən Türkiyə Fransa ilə yaxın əlaqələr qurur.

Ötən ay Fransa prezidenti Frasua Olland Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Paris görüşü zamanı Suriya ilə bağlı Ankara ilə eyni mövqeni bölüşmüşdü.

Milliyet qəzetinin köşə yazarı Kadri Gürselin fikrincə, görüş tərəflər arasında yaxşı münasibətlərin sürətləndiyinə işarə idi. "Fransanın sabiq prezidenti Nikola Sarkozinin hakimiyyətdən getməsindən sonra Türkiyə ilə Fransa arasında əlaqələrin mürəkkəbliyi azalmağa başlayıb. Biz əlaqələrin normallaşdığını qəbul etməliyik. Bu, həm siyasi, həm iqtisadi, həm də İŞİD-lə əlaqədar perspektivdə öz əksini tapır."

Ollandın sələfi Sarkozi Ankaranın Avropa İttifaqına üzvlüyünün əleyhinə idi. Buna görə ölkələr arasında münsibətlər gərginləşmişdi. Gərginlikləri Sarkozinin Osmanlı İmperiyasının ermənilərə qarşı genosidini dəstəkləməsi ilə daha da dərinləşmişdi.

Türkiyə hökuməti Fransanın Ttürkiyədəki nəhəng inşaat şirkətlərinin fəaliyyətini dayandırmalı olmuşdu.

Brüsselin Karneqi İnstitutundan Sinan Ülgenin dediyinə görə, Fransa şirkətləri normallaşan münasibətlərdən bəhrələnəcək. "Bu, böyük kontraklarda maraqlı olan inşaat şirkətlərinin mənafeyinə xidmət edəcək. Bu, Türkiyə bazarlarının qapılarını onlara açmış olacaq. Bundan əlavə Fransanın Ariva nüvə şirkətinin Türkiyənin nüvə obyektində yer alması mümkünləşəcək. "

Ülgenin dediyinə görə, prezident Olland bu yolla işsizlik problemini də həll edəcək. Reytinqi düşməkdə olan Olland bu yaxınlarda televiziya müsahibəsi zamanı10 faiz təşkil edən işsizlik problemini həll etməyincə ikinci dəfə prezidentlik yarışlarına qoşulmacağını bildirib.


Eyni zamanda rəsmi Paris Türkiyənin Suriyada uçuşlara yasaq zona yaradılması çağırışlarına dəstək verir. Bu ölkə həm də Suriya rejimini hədəf alan İŞİD-ə qarşı müharibənin genişləndirilməsi təklifinə də müsbət səs verir.

Koalisya qüvvələrinin strategiyasından narahat olan Ərdoğan Suriya prezidenti Əsədin terrorçu əməllərinə göz yumulduğunu bildirir. O, koalisyanın rejim əleyhinə olmadına görə İŞİD-lə mübarizənin qeyri-mümkünlüyünü önə çəkir.

Milliyet qəzetinin köşə yazarı Kadri Gürselin fikrincə, Türkiyə və Fransa təklikdə məqsədlərinə nail ola bilməyəcək." Türkiyə və Fransa Böyük Britaniya və Amerikanın müdaxiləsi olmadan heç bir problemi həll edə bilməyəcək. Əlbəttə buraya Rusiya və iran da daxildir."

Təhlilçilər deyir ki, Ankara Suriya ilə bağlı qüdrətli müttəfiqlərin dəstəyini əldə etmədən iddialı mövqeyində qala bilməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG