Accessibility links

Fransa üsyanının ildönümü [Video]


Clichy-sous-Bois 2005-ci ildə iki gəncin qətlindən sonra ilk dəfə zorakılıqlara səhnə olmuşdu

Yanvar ayı terror aksiyaları Fransanın bir çox mühacirə ev olan ucqar bölgələrində vəziyyətin ağırlaşacağına dair qorxular mövcuddur. Paris yaxınlığında yerləşən Clichy-sous-Bois rayonu 2005-ci ildə iki gəncin qətlindən sonra ilk dəfə zorakılıqlara səhnə olmuşdu. O zamandan bəri nə dəyişib?

Clichy-sous-Bois-də market, söhbət, alış-veriş günüdür. Sakinlərin əksəriyyəti Şimali Afrika və Böyük səhraaltı ölkələrdən gələn insanlardır. Onlar bu ölkəyə daha yaxşı imkanlar əldə etmək üçün üz tutub.

Lakin bu imkanlar hər kəsə nəsib olmayıb. 2005-ci ilə bura iki gəncin öldürülməsindən sonra zorakılıqlara səhnə olub. İşsizlikdən əziyyət çəkənlərin qiyamı tədricən ölkə boyu yayılmağa başlayıb.

Clichy-Sous-Bois bu gün fərqli görünür. Belə ki, dövlət bu rayonun infrastrukturuna böyük məbləğdə yatırım edib. Əlcəzairli Yaya Cel kimi sakinlər dəyişikləri alqışlayır. "İki qüllə də daxil edilməklə, köhnə binalar sökülür. Onlar daha kiçik binalarla əvəz edilir. Bir çox şey dəyişib.”

Lakin dəyişməyən şeylər də var. 18 yaşlı Mehdi Həsən elektrik ustası olmağı planlaşdırır. “İş tapmaq çox çətindir. Xüsusilə də bu bölgədən olduğun üçün. Bizi hələ də 2005-ci il qiyamı ilə əlaqələndirirlər. Hələ də bizə cinayətkar və narkoman kimi baxırlar.”

Clichy sakinlərinin demək olar ki, yarısını 25 yaşından aşağı gənclər təşkil edir. Onların üçdə bir hissəsi işsizdir. Tramvay yolları təmir edildiyi üçün gənclər avtomobllərlə hərəkət edir.

Pyer Mouget yerli gəncləri işlə təmin edən agentliyə rəhbərlik edir. “Bizim nəqliyyat problemimiz var. Buna görə də bizneslərin sayı çox deyil.”

Ötən yanvar ayında Parisdəki terror aksiyaları biganəlik göstərilən bu rayonu diqqət mərkəzinə çəkib. Hər üç islamçı hücumçunun məhz bu bölgədən olduğu deyilir.

Aktivist MehdI Biqadernin dediyinə görə, şəhər terrorist yetirməkdə Fransanın digər blgələrindən heç nə ilə fərqlənmir. ACLEFEU vətəndaş cəmiyyətinin həmtəsisçici deyir ki, ölkə gənclərin taleyindən narahat olmaqla düz iş görür .

“Məsələ belə bir vəziyyətə necə düşüldüyündədir. Vəhşilik törədən gənclər İraq, Əlcəzair və ya Mərkeşdən gəlməyib. Onlar Fransanın məhsuludur."

Şəhərdə 10 il əvvəl öldürülən Zyed Benna and Bouna Traore-un matəmi hələ də saxlanılır. İki polis işçisinin məhkəməsi hələ də davam edir. May ayında məhkəmənin hökm çıxaracağı gözlənilir. İnsanları isə yaralarını sarıyıb, həyata davam etmək gözləyir.

XS
SM
MD
LG