Accessibility links

Fransada istifadəyə verilən yeni qatarlar platformaya sığmır


Fransanın milli dəmiryol şirkəti regionda ictimai nəqliyyatın genişləndirilməsi məqsədi ilə dövriyyəyə 2 min yeni qatar buraxıb. Lakin yüksək sürətli bu qatarlar çox geniş olduğu üçün platformaya daxil ola bilmir.

Milli dəmiryol idarəsinin sözcüsü qatarların bəzi stansiyaların platformalarına yerləşmədiyini və onların təmir üçün böyük maliyyəyə ehtiyac olduğunu təsdiqləyib.

Milli dəmiryol idarəsi platformaların ölçüsünün düzgün hesablanmasında səhvə yol verib.

Qatarları istehsal edən şirkətə göndərilən ölçülər 30 il əvvəl tikilmiş platformaların ölçüsünə uyğundur. Fransada 1200 plarforma 50 il əvvəl tikilib.

Yeni qatarların platformlara daxil ola bilmələri üçün inşaat işləri artıq başlayıb.

Platformaların genişləndirilməsinə artıq 110 miliyon dollar məbləğində vəsait sərf edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG