Accessibility links

O hüquq müdafiəçisi Leyla Yunusla bağlı reportaj hazırlamaq çün Bakıya gəlibmiş

Fransanın İTL telekanalının Moskva bürosunun reportyoru Yelena Voloşina mayın 1-də Bakıya buraxılmayıb. O, hüquq müdafiəçisi Leyla Yunusun haqqında televiziya reportajı hazırlamaq məqsədilə mayın 1-də səhər saat 5-də Moskvadan Bakıya gəlib. Sərhəd nəzarətinə çatmadan onu saxlayaraq geri göndəriblər və heç bir açıqlama verməyiblər.

Y.Voloşina səhər saat 10-da Moskvaya yola salınıb. Bu barədə Turan agentliyinə Leyla Yunus bildirib. Belə ki, fransalı reportyor onunla telefon əlaqəsi saxlayıb. Qeyd edək ki, Y.Voloşinanın Fransa vətəndaşlığı var.

Bununla yanaşı, jurnalistin ölkəyə buraxılmamasının səbəbləri ilə bağlı rəsmi strukturlar hər hansı açıqlama verməyib.
XS
SM
MD
LG