Accessibility links

Prezident İlham Əliyev Nitsada baş vermiş faciə ilə bağlı Fransa prezidentinə başsağlığı verib.

“Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, başsağlığında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir ki, Azərbaycan Fransanın Nitsa şəhərində baş vermiş terror aktını pisləyir və həlak olanların yaxınlarına başsağlığı verir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki,Azərbaycanın Parisdəki səfirliyi zərərçəkənlər arasında ölkə vətəndaşlarının olub-olmadığını araşdırır.

Xarici İşlər Nazirliyi Fransada olan Azərbaycan vətəndaşlarını adamların sıx toplaşdığı yerlərdə olmamağa çağırır.

Xatrladaq ki, Nitsa şəhərində baş vermis terror hücumu zamanı 80 nəfər həlak olub. Ölənlərin arasında bir neçə ölkənin vətəndaşları var.

XS
SM
MD
LG