Accessibility links

Səfirlik Parisdə parlamentin binasında Azərbaycan diaspоrunun üzvlərinin ermənilər və fransız deputat tərəfindən döyülməsinə etiraz edir

Azərbaycan səfirliyi Fransa Xarici İşlər Nazirliyinə (XİN) Parisdə Azərbaycan diaspоrunun üzvlərinin ermənilər və fransız deputat tərəfindən döyülməsi faktı ilə bağlı etiraz notası təqdim edib.

Azərbaycanın Parisdəki səfirliyinin məlumatına görə, daha bir etiraz Fransa Prezidenti və bu ölkənin Milli Assambleyasına təqdim ediləcək.

Fevralın 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı Vüsal Hüseynоv Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentari Fransua Roşebloun və erməni diaspоrunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb.

Hadisəyə azərbaycanlıların 1988-ci il Sumqayıt hadisələrinə həsr olunmuş tədbirdə çıxışı səbəb olub. Azərbaycanlılar əsl soyqırımın 1992-ci il Xocalı hadisələri olduğunu və məhz bunu soyqırım kimi tanımaq lazım olduğunu bildiriblər.
XS
SM
MD
LG