Accessibility links

Fransa XİN Xədicə İsmayılovanın həbsindən narahatdır


Fransa bayrağı

Fransa bayrağı

Fransa Xarici İşlər Nazirliyi dekabrın 5-də Bakıda araşdırmaçı jurnalist Xədicə İsmayılovanın intihar həddinə çatdırma ittihamı ilə həbsindən narahatlığını bildirib.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Fransa prezidenti Fransua Olland bu ilin mayında Bakıya səfəri zamanı İsmayılova ilə görüşüb.

Fransa Azərbaycanın hökumət orqanlarını ATƏT və Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə riayət etməyə, o cümlədən mətbuat azadlığına, ədliyyə sisteminin müstəqilliyinə, müdafiə hüquqlarına və təqsirsizlik prezumpsiyasına riayəti təmin etməyə çağırır.

Fransa Xarici İşlər Nazirliyi bəyan edir ki, İsmayılovanın işi üzrə vəziyyəti diqqətlə izləyəcək.

XS
SM
MD
LG