Accessibility links

Fransada minlərlə şagird bu gün Paris küçələrinə çıxaraq iki yeniyetmə də daxil olmaqla mühacir ailələrin ölkədən qovulmasına etiraz edib.

Yürüş zamanı bir neçə nümayişçi polislə toqquşsa da, ümumilikdə aksiyanın dinc şəkildə keçdiyi bildirilib. Bəzi bölgələrdə tələbələr məktəblərin girişini bağlayıb.

Tələbələr deyir ki, bu yaxınlarda Leonarda Dibraninin Kosovoya deportasiyası ədalətsizlikdir. 15 yaşlı kosovolı qaraçı sinif yoldaşlarının gözü qarşısında məktəb avtobusundan götürülüb. Fransa polisi deyir ki, onlar kosovolu ailənin siyasi qaçqınlıq tələbinin qəbul edilməməsi barədə qərarı icra ediblər.

Paris məktəbində başqa bir şagird - 19 yaşlı Xatçik Kaçatryan keşən şənbə günü Ermənistana deportasiya olunub.
XS
SM
MD
LG