Accessibility links

Fransada keçirilən etiraz aksiyaları ölkə iqtisadiyyatına ciddi ziyan vurub


Fransada keçirilən etiraz aksiyaları ölkə iqtisadiyyatına ciddi ziyan vurub

Fransada keçirilən etiraz aksiyaları ölkə iqtisadiyyatına ciddi ziyan vurub

Fransanın maliyyə naziri Kristin Laqarde ölkədə yeni islahatlara qarşı keçirilən etiraz aksiyalarının hər gün milyonlarla dollara başa gəldiyini deyib. O bildirib ki, hökumətin hesablamalarına görə, iqtisadiyyata təxminən gündə 560 milyon dollar qədər zərər dəyə bilər. Xanım Lagarde bununla yanaşı bildirib ki, mətbuatda hökumətin təqaüd yaşını 60 yaşdan 62-yə qaldırması ilə bağlı keçirilən etiraz aksiyaları haqda xəbərlər xaricdə Fransanın imicinə zərər vurur.

Keçirilən nümayişlər nəticəsində ölkədə benzin çatışmazlığı yanacaq stansiyalarının dörddə birinin bağlanmasına səbəb olub. Prezident Nikola Sarkozi isə ölkədə iqtisadi böhranın aradan qaldırılması üçün pensiya islahatlarının həyata keçirilməsinin vacib olduğuna təkid edir.

XS
SM
MD
LG