Accessibility links

Fransada parlament seçkilərinin ikinci və sonuncu raundu keçirilir

  • Amerikanın səsi

Fransada parlament seçkilərinin ikinci və sonuncu raundu keçirilir.Fransa prezidenti Fransua Hollandın Sosialist partiyası və onun müttəfiqlərinin 577 yerli parlamentdə əksəriyyət əldə edəcəyi gözlənilir. Rəy sorğularına görə, parlamentin aşağı palatası uğrunda seçkilərinin birinci raundunun nəticələri sosialistlərin 287 yer qazanmasına yardım edəcək.

Seçkilərin birinci raundunda sabiq prezident Nikola Sarkozinin mühafizəkar UMP partiyası 34, prezidentlik uğrunda yarışlarda üçüncü olan Marine Le Penin Milli Cəbhə partiyası isə 13 faiz səs qazanıb.

Təhlilçilərin fikrincə, yaşıllar və solçularla bərabər ötən ay hakimiyyətə gələn prezident Holland əksəriyyət əldə edərək, işsizlik problemini həll edə bilər.

XS
SM
MD
LG