Accessibility links

Fransada İslamçı extremist olmaqda şübhələnilənlər həbs edilib

  • Amerikanın səsi

Fransa prezidenti Nikola Sarkozi polisin ölkə boyu İslamçı ekstemist olduğundan şübhələnilən 19 nəfərin həbs etdiyini bildirib. Cənab Sarkozi bu gün Tuluz və digər şəhərlərdə keçirilən reydlər zamanı silahların da aşkar edildiyini deyib. Bundan əvvəlki məlumatda 20 nəfərin həbs edildiyi bildirilmişdi.

Fransada reydlər radikal İslamçı Məhəmməd Merahın Tuluz şəhərində silsilə hücumlarda bir neçə adamı qətlə yetirməsindən sonra keçirilir.

Tuluz merinin ilkin etirazı və ailəsinin onu doğma vətəni Əlcəzairdə uğursuz dəfn etmək cəhdindən sonra Məhəmməd Merah cümə axşamı Tuluz şəhərində torpağa tapşırıldı.

XS
SM
MD
LG