Accessibility links

Fransada Ştrauss-Kanla bağlı ilkin zorlama təhqiqatı başlanıb


Fransa prokurorluğu Beynəlxalq Valyuta Fondunun sabiq başçısı Ştrauss-Kana qarşı zorlama ittihamı ilə bağlı ilkin təhqiqata başlayıb. Bu gün Lilldə prokurorlar Ştrauss-Kanın 2010-cu ildə Vaşinqton mehmanxanasında ziyafət zamanı zorlamaya yol verə bildiyini deyirlər. Ona qarşı eləcə də Lilldə fahişəlik məsələsi barədə məhkəmə işi açılıb. Ştrauss-Kan isə bütün bu ittihamları rədd edərək, heç bir zorakılıqda əli olmadığını deyir.

Keçən il Nyu-Yorkun lüks mehmanxanasının xidmətçisi Ştrauss-Kan tərəfindən zorlandığını desə də, prokurorlar həmin qadını sorğu-sual edərkən kifayət qədər dəlil olmadığını deyərək, işi dayandırmışdılar,

Bu ayın əvvəlində isə Ştrauss-Kan nəinki onun işini itirməsi, siyasi həyatını alt-üst etdiyi üçün mehmanxanada işləyən qadına, Qvineya mənşəli Nafisat Dialloya qarşı məhkəmə işi qaldırıb.



XS
SM
MD
LG