Accessibility links

Sosialist prezident 1.3 miliyon dollardan çox gəliri olan insanlara 75 faiz vergi tətbiq etməyi təklif edir

Fransanın sosialist hökuməti büdcə kəsirlərini aradan qaldırmaq üçün və durğunluqda olan iqtisadiyyatı hərəkətə gətirmək üçün varlı insanların və böyük şirkətlərin vergilərini qaldırmağa çağırır.

Fransa prezidenti Fransis Ollandın təklif etdiyi məsrəflərə dair ilk təklifdə 39 milyard dollar qənaət etmək üçün dövlət məsrəflərinin azaldılması və vergilərin kəskin artırılması nəzərdə tutulur. O, növbəti iki il ərzində 1.3 miliyon dollardan çox gəliri olan insanlara 75 faiz vergi tətbiq etməyi təklif edir.

Tənqidçilər yüksək vergilərin Fransanın imkanlı şəxsləri sevmədiyinə dair fikirlər formalaşdıracağını deyirlər. Lakin Fransanın baş naziri Jan-Mari Ayro büdcə planının ədalətliliyini müdafiə edərək, bunun borcla mübarizə forması olduğunu deyib.

“Fransa vergi ödəyicilərinin 90 faizi eyni gəlirə malik olacaqları təqdirdə çox vergi ödəməyəcəklər. Bu, bizim Fransa xalqına verdiyimiz zəmanətdir. Lakin, bizim ən varlı şəxslərdən tövfə vermələrini xahiş etməyimiz bir həqiqətdir. Bu varlılar vergi ödəyicilərinin 10 faizini təşkil edir, bu 10 faizin içində isə 1 faiz ən varlı insanlardır. Belə ki, bizim nail olmağa çalışdığımız hədəf ədalətlidir,” baş nazir bildirib.

Fransa iqtisadiyyatı Almaniyadan sonra 17 dövlətin daxil olduğu avro valyuta blokunda ikinci ən böyük iqtisadiyyatdır. Son illərdə iqtisadi böhranla üzləşən Fransada işsizlik 10 faizlik həddi keçərək 13 faiz səviyyəsinə yüksəlib.
XS
SM
MD
LG