Accessibility links

Fransada terror törədən şəxsin vətəni Əlcəzairdə dəfninə icazə verilmədi


Əlcəzair hökuməti təhlükəsizlik səbəblərini əsas gərirərək Məhəmməd Mehrinin cəsədini ölkəyə buraxmayıb

Əlcəzair hökuməti Fransada yeddi nəfəri güllələmiş şəxsin ailəsinə qatilin cəsədini doğma yurdu Əlcəzairdə torpağa tapşırmağa icazə verməyib. Fransadakı müsəlman lider Abdulla Zekri bu gün Əlcəzair rəsmilərinin Məhəmməd Merahın ailəsinə "yox" demələrinin səbəbini təhlükəsizliklə izah edib. O, deyib ki, Merah Fransanın Tuluz şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.

Bu ayın əvvəli Merah doğulduğu Tuluz şəhərində polislə 30 saat atışdıqdan sonra öldürülmüşdü. Rəsmilərin sözlərinə görə əl-Qaidə ilə əlaqəli Məhəmməd Merah üç əsgər, üç yəhudi və bir ravini öldürdüyünü etiraf edib. İnsident Fransa rəhbərliyi daxilində müsəlman ekstremistlərə dair narahatlıqların artmasına səbəb olub.

XS
SM
MD
LG