Accessibility links

Fransada yəhudi məktəbinə hücum edən şəxsin təslim olması ilə bağlı danışıqlar gedir (Yenilənib)

  • Amerikanın səsi

Fransa polisi Tuluz şəhərindəki yəhudi məktəbində üç uşaq və ravin daxil edilməklə, 7 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsin təslim olması üçün danıçşıqlar aparıldığını bildirir. Polis şübhəlinin Əlcəzair mənşəli, 24 yaşlı Məhəmməd Merah olduğunu deyir.

Fransa prokuroru Məhəmməd Merahın bir müddət Pakistan və Əfqanıstanda olduğunu və ABŞ hərbi qüvvələri tərəfindən deportasiya edilərək, yenidən Fransaya göndərildiyini bildirib.

Fransanın daxili işlər naziri Klod Guant Merahın sağ ələ keçirilməsinin planlaşdırıldığını deyib. Daxili işlər naziri deyib ki, Məhəmməd Merah Əl-Qaidə üzvü olduğunu və yəhudi uşaqları güllələməklə, Yaxın Şərqdə öldürülən Fələstin uşaqlarının intiqamını almaq istədiyini deyib.

Məhəmməd Merah rəsmilərə bu gün axşam təslim olacağını bildirib.

Bu gün səhər Merahın qardaşının da həbs edildiyi deyilir.

Yəhudi məktəbində öldürülənlərin dəfn edilməsi üçün İsrailə aparıldığı və Fransanın xarici işlər naziri Alain Juppenin də dəfm mərasimində iştirak etmək üçün İsrailə getdiyi bildirilir.

XS
SM
MD
LG