Accessibility links

Fransanın İŞİD-ə qarşı koalisiyada rolu


Fransa prezidenti Fransua Olland Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb

Fransa prezidenti Fransua Olland Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb

Fransa prezidenti Fransua Olland İslam dövləti qrupuna qarşı mübariəzədə əməkdaşlıq məsələsini müzakirə etmək üçün cümə axşamı Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Lakin Rusiya təhlilçilərinin sözlərinə görə, əməkdaşlığın miqyası məhdud olacaq, çünki Rusiya xüsusilə də Türkiyənin Suriya sərhədində onun hava hövzəsini pozduğunu iddia edərək Rusiya təyyarəsini vurduqdan sonra Fransanın da daxil olduğu ABŞ-ın başçılıq etdiyi koalisiyaya etibar etmir.

Etirazçılar Rusiyanın döyüş təyyarəsinin Suriya ilə sərhəddə vurulmasından bir gün sonra Türkiyənin Moskvadakı səfirliyinin qarşısında binaya yumurta atıb.
Rusiya liderləri prpvokasiyada və terrorizmi dəstəkləməkdə ittiham etdikləri Türkiyəyə səfərlərlə bağlı xəbrədarlıq edib.

Rusiya prezidenti Vladimir Putin: "Nə edə bilərsiniz? Bizim təyyarənin məhv edilməsindən və pilotun ölməsi kii faciəli hadisələrdən sonra bu, lazımi ölçüdür və xarici işlər nazirinin bizim vətəndaşlara təhlükələrlə bağlı xəbərdarlıq etməsi doğrudur."

Lakin Türkiyə on illərdir NATO üzvü və Rusiya arasında baş vermiş bu insidentin əhəmiyyətini azaltmağa çalışır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan:"Biz bu insidentlə gərginliyi artırmağa çalışmırıq. Biz öz təhlükəsizliyimizi və qardaşlarımızın hüquqlarını müdafiə edirik."

Təhlilçilər deyir ki, Moskva Fransa liderinin Rusiya və Suriyada ABŞ-ın başçılığı ilə koalisiya arasında uçurumu azalda biləcəyinə ümid edir.

Pavel Felgenhauer müdafiə məsələləri üzrə təhlilçidir: "Bu, Kreml üçün yaxşı nəticə deyil. Bu, Putini daha da qəzəbləndirəcək. Çünki o inanır ki, türklər bunu edib, Rusiya təyyarəsini vurub və bunu daha geniş koalisiyanın formalaşdırlmasının mümkünlüyünə mane olmaq üçün edib."

Paris hücumlarından sonra Olland Rusiya ilə anti-terrorizm sahəsində kəşfiyyat məlumatlarının bölüşdürülməsini təklif edib.

Lakin Suriya üzrə təhlilçilər deyir ki, prezident Bəşar Əl-Əsədi dəstəklədiyinə görə Rusiyaya etibar azdır və Moskva ilə fikir ayrılıqları mövcuddur.
Müdafiə məsələləri üzrə təhlilçi Aleksandr Qolts: "Əsəd gələcək seçkilərdə və bütün proseslərdə iştirak etmək istədiyini təkidlə bildirir. İkincisi, belə görünür ki, tərəflər kimin terrorçu olduğu, Əsədə qarşı olan üsyançıların İslam Dövləti qrupu və başqa terror təşkilatlarından necə ayırmaq məsələsində də razılığa gələ bilməyib."

Təhlilçilər deyir ki, Fransa İslam Dövləti qrupuna qarşı mübarizədə tərəflərin bir araya gəlməsində simvolik rol oynaya bilər.

Lakin tərəflər arasında gələcək insidentlərin qarşısının alınmasına kömək etmək məsələsinə gəldikdə Fransanın rolu məhdud olacaq.

XS
SM
MD
LG