Accessibility links

Fransa Avropa İttifaqının Şengen proqramından üzvlüyünü geri götürməli olacaq


Fransa prezidenti Nikola Sarkozi qeyri-qanuni mühacirətin nəzarət altına alınmadığı təqdirdə, Fransanın Avropa İttifaqının Şengen azad viza proqramından üzvlüyünü geri götürməli olacağını deyib. Prezident Fransanın yalnız Avropada istehsal edilən malları alacağını bəyan edib. Sarkozi bunları Parisin şimalında keçirdiyi seçkiqabağı kampaniyası zamanı deyib.

Rəy sorğularına görə, mühafizəkar lider sosialist Fransua Hollandan geridədir. Fransada prezident seçkiləri aprel ayının sonu may ayının əvvəlləri keçirilməlidir.

XS
SM
MD
LG