Accessibility links

Fransanın birinci xanımı İranda daşqallağa məhkum edilmiş qadını müdafiə edir


Fransanın birinci xanımı İranda daşqallağa məhkum edilmiş qadını müdafiə edir

Fransanın birinci xanımı İranda daşqallağa məhkum edilmiş qadını müdafiə edir

Karla Bruni-Sarkozi İranda edama məhkum edilmiş azərbaycanlı qadına açıq məktub ünvanlayıb

Fransanın birinci xanımı Karla Bruni-Sarkozi İranda edama məhkum edilmiş azərbaycanlı qadın Səkinə Məhəmmədi Aştiyaniyə açıq məktub ünvanlayıb.

“Media forum” saytının məlumatına görə, Karla Bruni-Sarkozinin məktubu avqustun 24-də Fransanın “Liberation” qəzetində, eləcə də daha bir neçə jurnal və saytda dərc edilib.

Səkinə Məhəmmədi Aştiyani Təbrizdəndir. 5 ildir İranda həbsdə saxlanır. O, əri qətlə yetiriləndən sonra iki kişi ilə zina etməkdə günahlandırılaraq 2005-ci ildə həbs olunub. Təbriz məhkəməsi əvvəlcə onu 99 şallaq zərbəsinə məhkum edib və hökm icra olunub. Sonradan Səkinə Məhəmmədi Aştiyaniyə yeni iş açılıb. O, ərinin qətlində iştirakda və onun sağlığında da zinakarlıq etməkdə günahlandırılıb, daşqalaq yolu ilə edama məhkum olunub. Azərbaycanlı qadın ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Karla Bruni-Sarkozinin məktubunda deyilir: “Səkinə! Sənin işinə baxan hakimlər bilməlidir ki, bu gün sən beynəlxalq simvola çevrilmisən. Mənim ərim sənin işinlə maraqlanır və taleyinlə bağlı prosesləri izləyir.

Səkinə! Sənin o dərd və ağrı çəkmiş gözlərinin torpağa basdırılaraq daşqalaq olunmasını, şəxsiyyətinin tapdanmasını təsəvvür etmək mənim üçün çox ağırdır. Sənin günlərin bir gün səhər çağı torpağa basdırılaraq dərdlə dolu, o alnının və ruhunun cəhalətin atdığı daşlara məruz qalmasını təsəvvür etmək çox çətin və əzablıdır. Bu, nifrət doğuran bir kabusdur. Təkcə səni yox, bütün qadınları, uşaqları, bütün insani hisləri, insan şəxsiyyətini hədəfə alan bir hökmün qarşısında necə susmaq olar axı?
Axı, nəyə görə, sənin qanını töküb uşaqlarını səndən ayırmaq istəyirlər? Bəlkə də səni diri olub sevdiyin üçün cəzalandırmaq istəyirlər. Uzun illər edam mənim vətənim Fransada qanunların bir hissəsi olub. Lakin bu gün mən fransalı olmağımla fəxr edirəm. Çünki bizdə artıq çoxdandır ki, edam cəzası ləğv edilib”, - deyə Fransanın birinci xanımı Səkinə Məhəmmədi Aştiyaniyə müraciət edib.

XS
SM
MD
LG