Accessibility links

Fransanın böyük şəhərlərində yenidən etiraz aksiyaları keçirilir


Fransanın böyük şəhərlərində yenidən etiraz aksiyaları keçirilir

Fransanın böyük şəhərlərində yenidən etiraz aksiyaları keçirilir

Əməkçilər və tələbələr Fransanın böyük şəhərlərində hökumətin pensiya yaşını artırmaq planına qarşı yenidən etiraz aksiyaları keçirərək, yanacaq və nəqliyyat idarələrinin qarşısını kəsmişlər. Lyon şəhərinin polisi bu gün yanan maddələr atan və maşınları çevirən gənclərin qarşısını almağa çalışıb. Marsel şəhərində isə polis yüzlərlə işçinin blokadaya aldığı aeroport yolunu açmağa çalışıb. Hərbi qüvvələr Aralıq dənizi sahilindəki şəhərin küçələrini tullantılardan təmizləyiblər.

Prezident Nikola Sarkozi deyir ki, o, ölkəni müflisləşmədən qorumaq üçün pensiya islahatlarını davam etdirməlidir. O, pensiyaya çıxmağın minimum həddini 60 yaşdan 62-yə, tam pensiya vaxtını isə 65-67 yaşlar arasında müəyyən etməyi planlaşdırır.

XS
SM
MD
LG