Accessibility links

Fransanın sabiq prezidenti Jak Şiraka qarşı irəli sürülən ittihamlar təsdiq edildi

  • Amerikanın səsi

Fransanın sabiq prezidenti Jak Şiraka qarşı irəli sürülən ittihamlar təsdiq edildi

Fransanın sabiq prezidenti Jak Şiraka qarşı irəli sürülən ittihamlar təsdiq edildi

Fransanın sabiq prezidenti Jak Şiraka qarşı irəli sürülən korrupsiya ittihamı təsdiq edilib. Bu gün hakim cənab Şirakın dövlətə məxsus əmlakı mənimsədiyini desə də, onun iki il müddətindəki həbs cəzasının icrasını dayandırıb. Jak Şirak son 50 ildə Fransada cinayət ittihamları ilə üzləşən ilk prezidentdir.

1977-ci ildən 1995-ci ilə qədər Parisin meri vəzifəsində çalışdığı zaman vəzifəsindən sui-istifadə etmək və ictimai vəsaiti mənimsəmək ittihamı ilə üzləşən 79 yaşlı sabiq prezident səhhəti ilə əlaqədar məhkəmə qarşısına çıxarılmayıb. Cənab Şirak ittihamları qətiyyətlə rəd edib. Məsələ ilə bağlı əlavə doqquz adama qarşı ittiham irəli sürülüb.

XS
SM
MD
LG