Accessibility links

Fransanın xarici işlər naziri Jan İv Le Drian Əfqanıstandadır. O, Kabilə NATO-nun 4 fransız əsgərinin ölümü və 5-nin yaralanmasına səbəb olan hücumdan sonra gedib.

Cənab Drian əfqan rəsmiləri ilə gələn bir neçə ay ərzində Fransa qüvvələrinin Əfqanıstanı tərk etməsi və qüvvələrə dəstək məsələsini müzakirə edəcək.

Dünən fransız əsgərləri Kapisa vilayətində kamikadze hgücumunun qurbanı olmuşdu. Çadraya bürünmüş bir nəfərin həyata keçirdiyii hücumun məsuliyyətini Taliban üzərinə alıb.

Fransa prezidenti Fransua Holland 2000 əsgərdən ibarət hərbi qüvvənin 2012-ci ilin sonunadək Əfqanıstandan çıxarılcağını ötən ay bəyan etmişdi.

Qalan 1400 əsgər əfqan qüvvələrinə təlimlər verəcək.

Fransanın Əfqanıstanda 150 polis işçisi xidmət göstərir.

XS
SM
MD
LG