Accessibility links

Fransa prezidentliyinə əsas iddialılardan biri Fransua Fiyon son skandallara baxmayaraq öz namizədliyini geri çəkməyəcəyini bildirir.

Fiyon bu sözləri bazar günü Parisdə keçirilmiş kütləvi dəstək yürüşündə iştirakından bir neçə saat sonra deyib.

“Heç kim məni seçkidə iştirakdan çəkindirə bilməz. Mənim namizədliyim, bütün təzyiqlərə baxmayaraq, 1,500-dən artıq seçilmiş rəsminin dəstəyi ilə, demokratik yolla irəli sürülüb. Buna görə də, heç kim məni namizədliyimi dayandırmağa məcbur edə bilməz.”

Bir müddət prezidentliyə ən real namizəd hesab edilən 62 yaşlı Fiyonun dəstəyi getdikcə azalır. Bir neçə gün öncə onun seçki kampaniyasının əsas simalarında biri istefa verib.

Fiyonun namizədliyi dəstəkləyən mərkəz-sağçı “Demokratlar və Müstəqillər Birliyi” Partiyası da kampaniya iştirakını dayandırıb.

Fiyon qeyri-qanuni olaraq həyat yoldaşı və uşaqlarını parlamentdə işlə təmin etməkdə ittiham edilir.

Son sorğular ifrat sağçı Marin Le-Pen və mərkəzçi Emmanuel Makron aprelin 23-ü keçiriləcək seçkilərinin ilk mərhələsində qalib gələrək mayın 7-si seçkilərin son mərhələsində üz-üzə gələcəklərini göstərir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG