Accessibility links

Fransa prezidenti digər dörd Karib ölkəsini də ziyarət edib

Fransa prezidenti Fransua Olland bazar günü Kubaya səfər edib. O, kommunist ölkəyə səfər edən ilk Fransa dövlət başçısıdır.

Cənab Ollandın Kuba prezidenti Raul Kastro ilə İtalyaya səfərindən döndüyündən sonra görüşəcəyi gözlənilir. Raul Kastro Vatikanda Papa Fransizlə də görüşüb.

Ötən dekabr ABŞ prezidenti Barak Obama 50 ildir iki ölkə arasında davam edən soyuqluğu bitirmək qərarını verdikdən sonra Olland Kubaya səfər edən ilk Qərb lideridir.

Lakin ABŞ-ın Kubaya tətbiq etdiyi embarqoya baxmayaraq Paris və Havana arasında uzun zamandır maliyyə əlaqələri davam edib və iki ölkə arasında 400 milyon dəyərində ticarət baş tutub.

Kuba Ollandın Karib səfərində ziyarət etdiyi 5 ölkədən sonuncusudur.

XS
SM
MD
LG