Accessibility links

Fransua Olland: Fransa terrorizmlə müharibə aparır


Fransa prezidenti Fransua Olland deyib ki, Fransa İslam Dövləti qrupunun terrorizminə qarşı müharibə aparır və militantları hədəf almaq üçün daha geniş koalisiyanın yaradılmasını istəyir.

Fransua Olland Parisin Sen Deni rayonunda polisin yeddi saatlıq əməliyyatından bir qədər sonra Fransa şəhərlərinin merləri ilə görüşdə danışıb.

Fransa prezidenti reydi təsvir edərək, bunu təhlükəli və olduqca ciddi bir polis əməliyyatı adlandırıb. “Bunun məqsədi cümə günü hücumların təşkilatçıları və çirkin cinayətləri törətmiş şəxslərlə əlaqədə olan Sen Denidə mənzilənən terrorçuları zərərsizləşdirməkmədən ibarət idi”-deyə o bildirib.

Fransua Olland reydlər zamanı həbslər edildiyini əlavə edib.

O, merlərə deyib ki, Fransa terror təhlükəsinə görə ayıqlıq göstərəcək, lakin azadlıq, inkişaf, mədəniyyət, fəallıq ölkəsi, dinamik bir ölkə olaraq qalacaq.

Fransua Olland bildirib ki, həyat normal məcraya düşməli, Fransa xalqı yaşamağa və yaratmağa davam etməli və öz ölkələrinə etibar etməlidir.

XS
SM
MD
LG