Accessibility links

Fransa prezidenti İlham Əliyevi təbrik edib


Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland

Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland

Fransa Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə dəstək verməyə qərarlıdır. Fransa prezidenti Əliyevi Avropa İttifaqı arasında yaxınlaşmanı diqqətdə saxladığına görə alqışlayır

Fransa prezidenti Fransua Olland İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib

Fransua Ollandın təbrikində deyilir:

“Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə sadiq qalaraq siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığımızın inkişaf etməsini arzulayıram.

Eyni zamanda, noyabr ayının 29-da Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı Zirvə Görüşündə müzakirə mövzusu olan Azərbaycan ilə Avropa İttifaqı arasında yaxınlaşmanı diqqətdə saxlamanızı alqışlayıram.

Həmçinin Sizi əmin edirəm ki, Fransa Minsk qrupunun həmsədri kimi uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə dəstək verməyə qərarlıdır".

Xatırladaq ki, bir gün öncə Almaniya kansleri Angele Merkel Azərbaycan prezidentinə təbrik məktubu göndərib. Amerikanın Azərbaycandakı səfiri Amerikanın Azərbaycanın yeni hökuməti ilə əməkdaşlığı səbirsizliklə gözlədiyini bəyan edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun olmadığını bildirib, kütləvi qanun pozuntularının qeydə alındığını bəyan edib. Amerika Dövlət Departamenti və Böyük Britaniya ATƏT-in DTİHB-nin bəyanatını dəstəklədiyini bildirib.

Bəyanatlar Azərbaycan hökuməti tərəfindən qəbul edilməyir. Hökumətin yüksək vəzifəli şəxsləri Amerikanın əleyhinə tənqidlər səsləndirib.
XS
SM
MD
LG