Accessibility links

Freedom House: Miqrant böhranı və avtoritarizm Avrasiya üçün əsas təhlükələrdən biridir


Miqrant böhranı, ciddi iqtisadi problelər, Rusiyanın avtoritarizmə qayıtması və Mərkəzi Avropa və Avrasiya ölkələrinin hökumətlərinin sabitliyi və Avropa İttifaqının mövcudluğuna əsas təhlükələrdəndir.

Bunu Mərkəzi Avropa və Avrasiya ölkələrində demokratik idarəçiliklə bağlı rəy sorğusu keçirmiş beynəlxalq insan haqları qrupu Freedom House "Ölkələr keçid dövründə 2016" adlı hesabatında bildirir.

"Millətçiliyin yenidən baş qaldırması, azad hərəkət etmək və digər fundamental prinsiplərin pozulması Şərqi Avropada demokratiyanın möhkəmlənməsi və bütünlüklə Avropa layihəsinə təhlükə yaradır"-deyə Ölkələr keçid dövründə layihəsinin direktoru Neyt Şenkkan bildirib.

DİKTATURALAR

"Ölkələr keçid dövründə 2016" hesabatına əsasən, keçmiş Sovet İttifaqında geriləmənin əsas səbəbi prezident Vladimir Putinin hakimiyyəti dövrü avtoritarizmə qayıdışla bağlıdır.

"Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi neft istehsal edən ölkələrin hökumətləri iqtisadiyyatı qum üzərində ev kimi qurub. Neft qiytmələri yüksək olanda gəlirlər prezidentlə bağlı olan rəsmilərin cibinə gedib. İndi bu ölkələr illərdir iqtisadiyyatın diversifikasiyasına, şəffaf və hesabatlı hökumət sistemlərinin yaradılmasına nail ola bilməyəndən bunun nəticələri ilə qarşılaşmalıdır." Fredom House

Hesabatda deyilir ki, keçmiş Sovet İttifaqının 15 respublikasının 7-də son 10 il hakimiyyətdə olan diktatorlar durur.

Neft qiytmətlərinin aşağı həddə olması hesabatda qeyd edildiyi kimi avtoritar rejimlərin sabitliyinə hədə törədir.

"Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi neft istehsal edən ölkələrin hökumətləri iqtisadiyyatı qum üzərində ev kimi qurub. Neft qiytmələri yüksək olanda gəlirlər prezidentlə bağlı olan rəsmilərin cibinə gedib. İndi bu ölkələr illərdir iqtisadiyyatın diversifikasiyasına, şəffaf və hesabatlı hökumət sistemlərinin yaradılmasına nail ola bilməyəndən bunun nəticələri ilə qarşılaşmalıdır."

Ukrayna polici prezident administrasiyası binasının qarşısında etiraz nümayişi zamanı yanğın törətmək istəyən fəallara mane olur
Ukrayna polici prezident administrasiyası binasının qarşısında etiraz nümayişi zamanı yanğın törətmək istəyən fəallara mane olur

UKRAYNA

Hesabatda deyilir ki, Ukrayna Avrasiyada demokratiyanın bərqərar edilməsi üçün mühüm imkan olaraq qalır.

Burada qeyd edilir ki, Ukrayna regionda Avropa İttifaqına hazırkı və potensial namizədlər arsaında yeddi göstəricidən üçünə görə başqalarından üstündür.

"Millətçiliyin yenidən baş qaldırması, azad hərəkət etmək və digər fundamental prinsiplərin pozulması Şərqi Avropada demokratiyanın möhkəmlənməsi və bütünlüklə Avropa layihəsinə təhlükə yaradır"-Ölkələr keçid dövründə layihəsinin direktoru Neyt Şenkkan

Bunlar vətəndaş cəmiyyəti, seçki prosesi və müstəqil mediadır.
Lakin Ukrayna keçən il yerli səviyyədə demokratik idarəçilik, korrupsiya, ədliyyə sistemi və müstəqil və milli demokratik idarəçilik göstəricilərinə görə sonuncu nəticə göstərmişdi.

"Bu, Ukrayna üçün korrupsiya ilə cəzasızlıqla mübarizə aparılması üçün dönüş ilidir. Ukraynanı dəstəkləyənlərin səbri tükənib. Hökumət keçmişdən imtina etmək üçün səyləri azaltmamalıdır"-deyə Neyt Şenkkan bildirib.

KSENOFOBİYA

Freedom House bildirib ki, Avropada demokratiya qarşısında ən böyük sınaqlardan biri "qeyri-liberal" siyasətin yayılmasından ibarətdir. Macarıstanın Baş naziri Viktor Oban və Mərkəzi Avropa ölkələrinin bəzi liderləri keçən il Yaxın Şərq və Şimali Afrikadan qaçqınların sayının kəskin artdığı dövr miqrantlarla bağlı ksenofobiya ritorikasına yol verib.

"Avropanın müsəlmanların müdaxiləsi ilə qarşılaşdığı haqda iddia Avropada bir sıra siyasətçilər və siyasi partiyaların adi praktikasına çevrilb. Bu kimi çıxışlar demokratiyanı onun qanun qarşısında hamının bərabər olduğuna dair əsas prinsiplərindən birinin rədd edilməsi kimi sarsıdlır. Belə nifrət və paranoya ilə dolu çıxışların azlıqlar və qaçqınlara qarşə zorakılıqlara gətirib çıxara bilməsi ilə bağlı təhlükə var"-deyə Neyt Şenkkan bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG