Accessibility links

Freedom House dünyada siyasi və vətəndaş azadlıqlarıına dair illik hesabatını açıqlayıb


Freedom House dünyada siyasi və vətəndaş azadlıqlarıına dair illik hesabatını açıqlayıb
Freedom House dünyada siyasi və vətəndaş azadlıqlarıına dair illik hesabatını açıqlayıb

İnsan hüquqları təşkilatı “Freedom House” dünyada siyasi və vətəndaş azadlığına dair illik hesabatını açıqlayıb. Hesabatda 2010-cu ildə dünyanın 25 ölkəsində ciddi geriləmə, 11 ölkədə isə nəzərəçarpacaq irəliləyiş müşahidə edildiyi bildirilir. Azad ölkələr siyahısında yer alan 89 ölkədən ikisi statusunu itirib. 2005-ci ildə elektoral demokratiya 123 idisə, bu il bu göstərici 115-ə enib. Hesabatda Çin, Rusiya, Misir, İran və Venesuela kimi ölkələrdə repressiv ölçülərin gücləndiyi və demokratik dünyanın buna müqavimət göstərmədiyi deyilir. Ukrayna və Meksika daxil olmaqla, dünyanın 4 ölkəsində demokratik geriləmə qeydə alınıb.

Sənəddə Azərbaycan, Əfqanıstan, Belarus, İran, İraq, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan qeyri-azad ölkələr kimi dəyərləndirilib. Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldova, Ukrayna qismən azad ölkələr sırasındadır.

“Freedom House” təşkilatı 1972-ci ildən müntəzəm şəkildə hər il dünyada azadlığın vəziyyətinə dair hesabat hazırlayır. Təşkilat dəyərləndirmələrini 4-azad,qismən azad və qeyri-azad ölkələr kateqoriyaları üzrə aparır.

XS
SM
MD
LG