Accessibility links

Freedom House: Mətbuat azadlığı sahəsində qlobal səviyyədə geriləmə müşahidə edilir


Freedom House təşkilatının yeni hesabatında dünya boyu son 10 il ərzində mətbuat azadlığı sahəsində ən pis geriləmə olduğu göstərilir. Hesabatda deyilir ki, jurnalistlər hökumətlər, yaraqlı qruplar, cinayətkarlar və media sahibləri tərəfindən daha çox təzyiqlərə məruz qalır.

Dünyanın hər yerində insanların xəbərləri istər qəzetlər, istərsə də smart fonlar vasitəsilə asanlıqla ala bilməsinə baxmayaraq, bir sıra ölkələrdə jurnalistlər məhkəmə qarşısına çıxarılır, həbs edilir və ya susdurulur. Bunu Freedom House açıqladığı yeni hesabatda bildirir.

Mətbuat Azadlığı səviyəsinin 2004-cü ildən endiyini göstərən qrafik
Mətbuat Azadlığı səviyəsinin 2004-cü ildən endiyini göstərən qrafik

Təşkliatın vitse-prezidenti Vanessa Taker: “Təəssüf ki, vəziyyət pisdir. 2014-cü ildə mətbuat azadlığı sahəsində vəziyyət qlobal səviyyədə pisləşib. Bu, son 10 ildə vəziyyətin ən pis olduğu dövrdür. Vəziyyət getdikcə pisləşir, özü də əvvəlkindən daha pis bir şəkildə.”

2015-ci ildə Mətbuat Azadlığının durumuna dair hesabata əsasən, Meksikada jurnalistlərin qorxudulması halları baş verib və informasiya ilə bağlı mübahisəli qanun qəbul edilib.

2014-cü ildə mətbuat azadlığı sahəsində vəziyyət qlobal səviyyədə pisləşib. Bu, son 10 ildə vəziyyətin ən pis olduğu dövrdür."-Vanessa Taker, Freedom House

Şimali Amerikada mətbuat azadlığının mövcud olduğu halda, Latın Amerikası ölkələrində mətbuat ya qismən, ya da qeyri-azaddır.

Hesabatda Birləşmiş Ştatlar da Missuri ştatının Ferquson şəhərində hadisələrlə əlaqədar polisin jurnalistlərlə rəftarına görə tənqid edilib.

Asiya-Sakit okeanı regionunda isə əhalinin yalnız beş faizinin azad mətbuata çıxış imkanı var.

Dünyanın digər ölkələri azad və qeyri-azad kateqoriyalara bölünüb.

Çində 1990-cı illərdən bəri həbs edilmiş jurnalistlərin sayına və media qurumlarına ciddi nəzarətə görə ən pis vəziyyət müşahidə edilir.

Vanessa Taker: “Bizim diqqət yetirdiyimiz sahələrdən biri həm qlobal, həm də regional səviyyədə başlıca problemin Çin kimi ölkələrin qonşularına təsirindən ibarətdir. Biz gördük ki, Çinin hərəkətləri təbii ki Honq Konq və Tayvana, eləcə də bəzi başqa qonşu ölkələrə mənfi təsir göstərib.”

Suriyada vətəndaş müharibəsi nəticəsində jurnalistlər üçün olduqca təhlükəli şərait yaranıb.

Hesabatda deyilir ki, Yaxın Şərqdə və Şimali Afrikada əhalinin yalnız iki faizi azad mətbuatın mövcuz olduğu bir şəraitdə yaşayır, əhalinin böyük əksəriyyətinin yaşadığı bölgələr isə qeyri-azad hesab edilir.

Afrikada səhraaltı regionda əhalinin yalnız üç fazinin azad mətbuata çıxış imkanı var.

"Saxtalaşdırılmış məlumatlara əsaslanan təbliğat elə işləyir ki, Rusiyanın daxilində insanların Ukraynadakı kimi münaqişələrdə baş verən hadisələrdən ümumiyyətlə xəbəri yoxdur.”-Vanessa Taker, Freedom House

Freedom House təşkilatının hesabatında deyilir ki, Avrasiya regionunda vəziyyət dünyada ən pis səviyyədə olaraq qalır.

Bu ölkələrdə mətbuatın 80 faizi qeyri-azad, 20 faizi isə azad kimi qeyd edilib.

Hesabata əsasən, Rusiyada və qonşu ölkələrdə müstəqil səslər susdurulur.

Vanessa Taker: “Təbliğat olduqca mənfi təsirə malikdir. Saxtalaşdırılmış məlumatlara əsaslanan təbliğat elə işləyir ki, Rusiyanın daxilində insanların Ukraynadakı kimi münaqişələrdə baş verən hadisələrdən ümumiyyətlə xəbəri yoxdur.”

Freedom House Azərbaycan hökumətinin müstəqil KİV-ə qarşı iri hücum kampaniyası həyata keçirdiyini, reydlər təşkil etdiyini, hədə-qorxulara, məhdudlaşdırıcı qanunlara, saxta cinayət ittihamlarına əl atdığını qeyd edib.

Freedom House təşkilatı bildirir ki, mediaya artan təhlükələr qlobal miqyasda demokratik dəyərlər üçün böyük risklər yaradır.

XS
SM
MD
LG