Accessibility links

Freedom House-un hesabatında Azərbaycan qeyri-azad ölkələr sırasında yer alır. Avrasiyaya daxil olan Qazaxıstan, Tacikistan ötən illə müqayisədə daha azad ölkə adlandırılıb. Lakin Azərbaycan, Özbəkistan, Türkmənistan və Belarus ən repressiv ölkələr kimi göstərilir. Abxaziya və Dağlıq Qarabağ kimi münaqişəli ərazilər qismən azad adlandırılır.

Ermənistan və Gürcüstanda dinc və rəqabətli seçkilərə görə vəziyyətin dəyişdiyi bildirilir. Hesabatda Gürcüstanda hakimiyyətin demokratik seçkilər yolu ilə müxalifətə keçidi ilk nizamlı keçid kimi qiymətləndirilir.

Rusiya və daha 25 ölkədə siyasi azadlıqlarla bağlı vəziyyətin pisləşdiyini bildirir.
Freedom House Rusiyada Vladimir Putinin yenidən prezident seçilməsindən sonra hökumətin söz azadlığı və ictimai etirazların qarşısını aldığını bildirir.

Dünya ölkələrində demokratiya, siyasi azadlıqlar və vətəndaş hüquqlarının vəziyyətini monitorinq edən Freedom House təşkilatı Liviya və Misirdə media və insan hüquqları ilə bağlı vəziyyətin düzəldiyini bildirilir.

Təşkilatın bu gün açıqladığı illik hesabatında deyilir ki, 2012-ci ilin sentyabr ayının 11-də ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğuna qarşı hücuma baxmayaraq, Liviyada keçən illə müqayisədə siyasi azadlıqlarla bağlı göstəricilər yaxşılaşıb.

Freedom House dünyanın 90 ölkəsini azad ölkə kimi səciyyələndirib. Keçən illə müqayisədə daha üç ölkə bu kateqoriyaya aid edilib. Lakin təşkilat dünyanın 27 ölkəsində toplaşmaq, söz və mətbuat azadlığı sahələrində vəziyyətin pisləşdiyini bildirir.
XS
SM
MD
LG