Accessibility links

Freedom House: Azərbaycan internetə görə qismən azad ölkələrdəndir


Freedom House-logo
Freedom House-logo
Freedom House hüquq müdafiə təşkilatı oktyabrın 3-də dünyanın 60 ölkəsində İnternetin vəziyyəti haqqında illik hesabatını yayıb.

Təşkilat ümumilikdə dünyada internet azadlığı sahəsində vəziyyətin pisləşdiyini bildirir.

Müxtəlif ölkələrin hakimiyyətləri veb-kontentə nəzarət üçün yeni qanunlar qəbul edir, sosial media fəallarının həbslərinin sayı artır.

Təşkilat təhlükələr artdıqca fəalların daha effektli mübarizə aparmağa başladığını da vurğulayıb.

İran, Kuba və Çin İnternetə çıxış və senzurada ən pis ölkələr hesab olunur. Həmçinin Belarus, Pakistan və Özbəkistan azad olmayan ölkələr sırasındadır.

Azərbaycan siyahıda 39-cu yerdədir və ötən ildə olduğu kimi, İnternet nöqteyi-nəzərdən qismən azad elan edilib. Eyni zamanda, Azərbaycan mətbuatı qeyri-azad elan edilib.

Keçmiş Sovet ölkələri olan Ermənistan, Gürcüstan və Ukrayna isə azad ölkələr sırasındadır.

İslandiya və Estoniya İnternetdə daha çox azadlıq olan ölkələr siyahısına başçılıq edir.

Çin, Kuba və İran İnternet azadlığı nöqteyi-nəzərdən daha repressiv ölkələr elan edilib.

Bütün bu nəticələr hesabatda çoxsaylı faktlar və konkret hadisələrlə təsdiq edilir.
Ötən illə müqayisədə, ölkənin göstəriciləri iki bənd pisləşib, deyə məruzədə qeyd edilib.
XS
SM
MD
LG