Accessibility links

Freedom House: 2017- Keçid dövrü yaşayan ölkələr [Video]


Azərbaycanda vəziyyət mənfi istiqamətdə irəliləyir

Freedom House 2016-cı ildə dünyada azadlıq göstəricilərinin azaldığını bildirir. Təşkilatın 29 ölkədə keçirdiyi sorğulara əsasən Mərkəzi və Şərqi Avropa ölkələrinin yarıdan çoxundə ciddi geriləmə müşahidə edilib. 22-ci illik hesabatda keçid dövrü yaşayan ölkələr siyahısında olan və liderlərinin liberal demokratiyanı hücuma məruz qoyan ölkələrdə populizmin artdığı qeyd edilir.

Mərkəzi Avropada Macarıstanın baş naziri Viktor Orban ən aşağı reytinqə sahibdir.

Freedom House-dan Neyt Şenkkan: “Mərkəzi Avropada populizm dedikdə ilk öncə Orban göz önündə canlanır. O, üzv ölkələr arasında bir model statusuna malikdir. Hətta Avropa İttifaqı üçün belə."

Macarıstanda demokratiya tərəfdarı aksiyalar davam etdikcə, Polşa lideri də Freedom House-un tənqid hədəfinə çevrilib.

Rusiyada vətəndaş cəmiyyətinin inkişafına baxmayaraq, bu ölkə aşağı sıralarda yer alır. Rusiya Mərkəzi Bankının sabiq rəsmisi Sergey Aleksaşenko:

“İnternetdə bəzi azadlıqları görmək olar. Lakin Rusiya əhalisininin 80 faizi xəbərləri televiziyadan alır. Orada dövlətin nəzarət etmədiyi tele-kanal mövcud deyil. Əlbəttə, bəzi azadlıqlar var. Lakin informasiya azadlığı yoxdur. Bu isə Rusiyada baş verənlər haqda yanlış təsəvvürə yol açır.”

Makedoniya və Serbiya daxil edilməklə geriləmə Balkanlarda da müşahidə edilir.

Avrasiyada Qırğısıztan avtoritar rejim kateqoriyasına daxil edilib. Bu ölkə 2011-ci il parlament seçkilərindən sonra bu klassifikasiyaya uyğun görülüb.

Hesabatda deyilir ki, korrupsiya göstəriciləri siyahısında yer alan 12 ölkə sayı 5-ə ensə də, Azərbaycan, Türkmənistan və Özbəkistanda vəziyyət mənfi istiqamətdə irəliləyir.

"Belarusda 2016-cı il 2015-ci ilin davamı olub. Lukaşenko rejiminin siyasi nəzarətində çoz az, lakin real zəifləmə müşahidə edilir.”

Sorğular Belarusda bəzi inkişaflar əldə edildiyini göstərsə də, bu yaxınlarda nümayişlər zamanı yüzlərlə insan həbs edilib, polis tərəfindən təzyiqlərə məruz qalıb, döyülüb.

Freedom House Ukrayna, Rumıniya və Kosovoda tədrici islahatlara görə vəziyyəti daha parlaq göstərir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG