Accessibility links

Fransa xarici işlər naziri istefa verib


Fransa prezidenti Nikola Sarkozi və Xarici İşlər naziri Mişel Alliyo-Mari
Fransa prezidenti Nikola Sarkozi və Xarici İşlər naziri Mişel Alliyo-Mari

Fransanın xarici işlər naziri Mişel Alliyo-Mari üç ay vəzifədə olduqdan sonra bu gün istefa verib. O, Fransanın keçmiş müstəmləkəsi olmuş Tunisdə baş verən son hadisələrə reaksiyası ilə bağlı həftələr sürən tənqidlərdən sonra bu gün istefaya getdiyini elan edib. Mişel Alliyo-Mari Tunisin hakimiyyətdən devrilmiş lideri Zine Əl Abidin Ben Əlinin tərəfdarları ilə kontaktlarına görə diqqəti cəlb etmişdi. O, Tunisdə hadisələr baş verən zaman orada istirahət etdiyinə görə kəskin tənqidlərlə qarşılaşmışdı. Mişel Alliyo-Mari dekabr ayında ölkənin ilk qadın xarici işlər naziri olub. Kabinetdə dəyişikliklərlə əlaqədar bu gün televiziyada çıxış edən prezident Nikola Sarkozi Müdafiə naziri Alen Jüpenin Mişel Alliyo-Marin xarici işlər naziri vəzifəsində əvəz edəcəyini bildirib.

XS
SM
MD
LG