Accessibility links

Əfsanəvi Braziliya futbolçusu Sokrates dünyasını dəyişib


Əfsanəvi Braziliya futbolçusu Sokrates dünyasını dəyişib
Əfsanəvi Braziliya futbolçusu Sokrates dünyasını dəyişib

Braziliyalı futbolçu Sokrates 57 yaşında dünyasını vəfat edib. San Paolo şəhər xəstəxanasının həkimləri dünya futbolunun ulduzu Sokratesin zəhərlənmədən sonra keçirdiyi septik şok nəticəsində öldüldüyünü bildiriblər.

Əsl adı Sokrates Brazilerio Sampayo de Suza Vieyra de Oliveyra olan futbolçu 1980-ci illərin əvvəllərində Braziliyanın Korinfiya komandasının oyunçusu kimi şöhrət qazanmışdı. O, 1982-ci ildə futbol üzrə dünya çempionatında Braziliya mili yığmasının kapitanı olmuşdur. Braziliya yığması dünyanın ən güclü komandalarından biri olsa da, çempionatda qələbə qazana bilməmişdi.

Sokrates idmandan getdikdən sonra həkim işləməyə başlamışdır. Son aylar onun bir neçə dəfə həzm orqanlarında problemlərlə əlaqədar xəstəxənaya yerləşdirildiyini bildirilir. O, içki probleminin olduğunu etiraf etmişdi.

Sokrates onun həmvətəni, daha bir əfsanəvi futbolçu Pelenin hazırladığı FİFA-nın dünyanın 125 ən güclü futbolçusu siyasına salınmışdır.

XS
SM
MD
LG