Accessibility links

Fuad Ağayev: Vətəndaşların mülkiyyət hüququ pozulur


Fuad Ağayev: Vətəndaşların mülkiyyət hüququ pozulur

Fuad Ağayev: Vətəndaşların mülkiyyət hüququ pozulur

Vəkil bildirib ki, Bakıda sökülən binalarda heç bir fərq qoyulmadan bir kvadrat metr üçün 1500 manat təklif edilir. Mənzilin sahəsi 60 kvadratmetrdən artıq olduqda, pul da təklif edilmir. Onlara yalnız “Azinko” Holdinqin tikdiyi evlərdə mənzil təklif edilir.

Vəkil Fuad Ağayev Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda mülkiyyət hüququnun pozulması, insanların evlərinin özünün razılığı olmadan alınması, qiymətləri mülkiyyətçinin deyil alıcının diktə etməsi, məhkəmələrin mülkiyyət hüququ ilə bağlı iddiaları təmin etməməsindən danışıb.

Sual: Bakı şəhərində vətəndaşlara məxsus evlərin sökülməsi davam etməkdədir. Vətəndaşların mülkiyyət hüququnun pozulmasının qarşısının alınması istiqamətində hansı işlər görülür?

Cavab: Hüquq pozuntularının aradan qaldırılması istiqamətdə işləri vətəndaşlar məhkəmələrə və inzibati orqanlara müraciət etməklə həyata keçirir. Əfsuslar olsun ki, bu təşəbbüslərin əksəriyyətinin nəticəsi olmur və ya mənfi nəticəsi olur.

Sual: İndiyədək təxminən nə qədər ev sökülüb?

Cavab: Böyük və kiçik sahəli minlərlə evlər və ya binalar sökülüb.

Sual: Vətəndaşlara evlərinin sökülməsi müqabilində nə verilir? Kompensasiyalar verilirmi?

Cavab: Hazırda “Qış Parkı” adı altında sökülən binalarda heç bir fərq qoyulmadan bir kvadrat metr üçün 1500 manat təklif edilir. Mənzilin sahəsi 60 kvadratmetrdən artıq olduqda, pul da təklif edilmir. Onlara yalnız “Azinko” Holdinqin tikdiyi evlərdə mənzil təklif edilir. Vətəndaş hətta hər kvadratmetr mənzili üçün 1500 manat almağa razı olanda belə, deyirlər ki, “Azinko”nun gözəl evlərində mənzillər axtar. Biz yalnız o, mənzilləri verəcəyik, pul istəmə. Hazırda, Bakıda vətəndaşların mülkiyyət hüququ ilə bağlı tamamilə özbaşınalıq hökm sürür. Burada, yüz milyondan çox məbləğlərdən söhbət gedir. Təbii ki, yüz milyon və daha çox olan məbləğlərin xərcləndiyi yerdə təəccüblü heç nə yoxdur! Nə prokurorluq, nə daxili işlər orqanları baş verən özbaşınalıq, özgəsinin əmlakının məhv edilməsi, oğurlanması ilə bağlı indiyədək cinayət işlər başlamayıb. Onlar əksinə, çox zaman binaları sökən məmurlara, şirkətlərə yardımçı olur. Onların keşiyi altında neçə-neçə evlər, binalar sökülüb.

Sual: Azərbaycan konstitusiyasına görə, mülkiyyət hüququ toxunulmazdır və qanunla qorunur. İnsanlar mülkiyyətinin qiyməti və ya mülkiyyətini satıb-satmayacağı barədə özü qərar qəbul etməlidir. Hökumət qurumları və ya şirkətlər tərəfindən insanların evlərinə qiymət qoyulması nə dərəcədə qanunauyğundur?

Cavab: Nazirlər Kabinetinin qərarı ilə dövlət ehtiyacları üçün, yəni müdafiə təyinatlı obyektlər, respublika əhəmiyyətli yollar, kommunikasiyalar üçün evlər alına bilər. Nazirlər Kabinetinin qərarına əsasən vətəndaşlar bir il qabaqcadan xəbərdar edilməklə onların mülkiyyətinə qiymət qoyula bilər. Qiymətləri müvafiq sertifikatı olan ixtisaslaşmış qurum qoymalıdır. Bu qiymətlə vətəndaş razılaşmadıqda məhkəmə tərəfindən əmlaka qiymət qoyulur. Hərçənd ki, bu qiymətqoyma prosesində də qanunsuzluqlar baş verir. Amma, hazırda Bakıda aparılan söküntülərin dövlət ehtiyacları kateqoriyasına aidiyyəti yoxdur. Dövlət ehtiyacı deyildirsə, Nazirlər Kabinetinin qərarı yoxdursa, yalnız mülkiyyətçi öz əmlakının qiymətini müəyyən edə bilər.

Sual: Pozulmuş mülkiyyət hüququnun bərpası ilə bağlı məhkəmələr nə edir. Məhkəmələrdə iddialar varmı?

Cavab: Məhkəmələrdə onlarla belə iş var. Artıq, bir neçə iş üzrə müvəqqəti xarakterli tədbir kimi inzibati orqanlara, yəni Bakı şəhər İcra Hakimiyyətinə və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə həmin ərazilərdə işlər aparmaq qadağan edilib. Ötən illə müqayisədə bu, məhkəmələrdə bir irəliləyişdir.

Sual: Dünən hüquq müdafiəçisi Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya institutunun sökülməsi ilə bağlı problem barədə mediada məlumat dərc edilib. Hansı səbəbdən institutun sökülməsi zərurəti yaranıb?

Cavab: Həmin bina ilə bağlı 1 saylı inzibati-iqtisad məhkəməsinə iddia verilib. İkinci ərizə Ali Məhkəmənin icraatındadır. 1 saylı inzibati-iqtisad məhkəməsi iddianı təmin edərək, həmin tikililərdə hər hansı söküntü aparılması və ya binaya xəta yetirəcək işlərin

aparılmasını qadağan edib. Ona görə də, hər hansı icra strukturunun bu prosesə cəlb edilməsi qəti qadağandır. Amma, dünən polis də həmin binaya gəlibmiş. Bunlar məhkəmə qərarına tam ziddir.

XS
SM
MD
LG