Accessibility links

AXCP-çı fəalın apellyasiya şikayəti təmin olunmayıb


Fuad Əhmədli
Fuad Əhmədli

Bu barədə onun vəkili Əsabəli Mustafayev məlumat verib

Sentyabrın 19-u Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədli haqda verilən şikayətə baxılıb.

Bu barədə onun vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkil bildirib ki, Fuad Əhmədli barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə əsaslar olsa da məhkəmə bunu nəzərə almayıb. Hakim qısa müşavirədən sonra Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

F. Əhmədli avqustun 18-də saxlanıb. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu həbslə əlaqədar Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Baş Prokurorluq birgə məlumat yaymışdılar.

Məlumatda qeyd edilirdi ki, "Azerfon" MMC-də "Zənglər mərkəzi"ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları və antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD disklər, Fethullah Gülen-in çıxışları, "Hizmet imam"ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Fuad Əhmədlinin yaxınları isə evdən Fethullah Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.

AXCP isə bəyan edib ki, Fuad Əhmədliyə irəli sürülən ittihamlar yalan və quramadır. Bunda məqsəd partiya və onun lideri Əli Kərimlini hədəf almaqdır. Üstəlik, AXCP hesab edir ki, hakimiyyət bir tərəfdən rəqibləri sıradan çıxarır, başqa tərəfdən də öz içində Fetullah Gülən-lə əməkdaşlıq edən şəxsləri himayə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG