Accessibility links

Zəfər Əhmədli: Oğlum siyasi fəaliyyətinə görə saxlanıb [Video-müsahibə]


Polis tərəfindən saxlanmış AXCP fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli Amerikanın Səsinə müsahibəsində bildirib ki, oğlunun saxlanması onun siyasi fəaliyyəti ilə bağlıdır.

“Amma, mənə deyiblər ki, oğluma xırda xuliqanlıq və polisin qanuni tələbinə əməl etməmək ittihamı ilə inziabati qaydada cəza kəsilib. Cəzanı hansı məhkəmənin kəsdiyi barədə də məlumat vermirlər. Vəkili oğlumla görüşə buraxmırlar”, o qeyd edib.

Zəfər Əhmədlinin sözlərinə görə, Fuad Əhmədli aprelin 28-də saxlanılıb və hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdatrəsində saxlanılır.

Fuad Əhmədli (Foto Fuad Əhmədlinin facebook səhifəsindən götürülüb)

Fuad Əhmədli (Foto Fuad Əhmədlinin facebook səhifəsindən götürülüb)

“Oğlumu aprelin 28-də mülki geyimli şəxslər oğurlayıb. Aprelin 30-da mənə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığını bildiriblər və 25 sutka inizabati həbs verildiyini deyiblər. Bildiyim qədər hər hansı məhkəmə qərarı yoxdur, heç bir qanuni sənəd yoxdur. Ola bilsin ki, işgəncə veriblər, işgəncə izlərinin itməsini gözləyirlər, bunu da bilmirəm. Bu səbəblərdən də görüşə imkan vermirlər”, o qeyd edib.

Zəfər Əhmədli oğlunun saxlanması üçün hər hansı səbəbin olmadığını bildirib.

“Son zamanlar onun siyasi fəaliyyəti də zəif olub, Facebookda da kəskin çağırışları yoxdur. Aprelin 9-da Fuad kor bağarsağından əməliyyat olunub. Aprelin 11-də ağrılardan yenə də xəstəxanaya aparılıb. Xəstə olduğundan son zamanlar siyasi fəaliyyəti də tam zəif olub. Bu səbələrdən tamailə təəccüb qalıram ki, bunların belə hikkəsi, qəzəbi nə ilə bağlıdır”, o qeyd edib.

Fuad Əhmədlinin saxlanmasının səbəblərini rəsmi orqanlarla dəqiqləşdirmək mümkün olmayıb.

Öz növbəsində, vəkil Vüqar Məmmədov Fuad Əhmədli ilə görüşə imkabn verilmədiyini təsdiq edib.

“Hətta orderimi qəbul etmirlər”, o qeyd edib.

XS
SM
MD
LG