Accessibility links

Fuad Qəhrəmanlı: Dekabrın 10-da aksiya keçiriləcək [Video]


AXCP sədrinin müavini Bakı şəhər İcra Hakimiyyətini qanunvericiliyə məhəl qoymamaqda günahlandırıb. İctimai Palatanın 10 dekabrda keçirəcəyi aksiya qanunauyğundur

Bakı şəhər icra hakimiyyəti İctimai Palatanın Milli Məclisin önünə dekabrın 10-na təyin etdiyi etiraz aksiyasına icazə verməyib. Bakı şəhər Baş Polis İdarəsi isə icazəsiz aksiyaya cəhd olarsa qarşısının qətiyyətlə alınacağını bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, İctimai Palata etiraz aksiyasını keçirməkdə qərarlıdır və aksiya keçiriləcək.

“Bakı şəhər İcra Hakimiyyəti neçə illərdir eyni cavabı təkrar edir. Qanunvericiliyə görə, yerli hakimiyyət orqanı yalnız xəbərdar edilməlidir. Qanunda aksiya ilə bağlı icazə mexanizmi nəzərdə tutulmayıb”, o qeyd edib.

F.Qəhrəmanlı deyib ki, müxalifət qüvvələri bir qayda olaraq Bakı meriyasının hansı cavabı verməsindən asılı olmayaraq aksiyasını keçirib.

Aksiya Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar “Siyasi məhbuslara azadlıq!”, “Toplaşmaq azadlığına məhdudiyyətlərə yox!”, “Saxta parlament buraxılsın!”, “İfadə, söz və ifadə azadlığı sərhəd tanımır!”, “Vicdan azadlığı hər kəsin haqqıdır!” və “İnsan hüquqlarına hörmət edin!” şüarları altında keçirilir.

AXCP sədr müavinin sözlərinə görə, aksiya piket şəklində keçiriləcək.
XS
SM
MD
LG