Accessibility links

AXCP sədrinin müavini şahid qismində dindirlir (Yenilənib)


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı

Bu gün Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa dəvət olunub.

Hüquq-mühafizə orqanlarından APA agentliyinə daxil olan məlumata görə, o hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında F. Qəhrəmanlının şahid qismində dindirilıməsi faktını təsdiqləyib.

***

AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı cinayət işi qaldırılıb. Lakin işin motivi barədə məlumat yoxdur. Bu barədə AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.

“Bu gün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı evində həbs edilərək, Respublika Prokurorluğunun Ağır Cinayətlər İdarəsinə aparılıb. Fuad bəyin hansı cinayət işi üzrə prokurorluğa aparıldığı məlum deyil. Telefonla yalnız onu deyə bildi ki, ona qarşı cinayət işi qaldırılıb. Nə baş verdiyini hələlik heç bir dövlət orqanından öyrənə bilmirik. Ölkədə hüquqsuzluq o səviyyədədir ki, müxalifət partiyasının sədr müavinini, tanınmış siyasətçini sanki adam oğurlayırmışlar kimi, heç bir izahat, məlumat vermədən həbs edirlər. Fuad bəyə qarşı hansı ittihamı irəli sürürlər sürsünlər, aydındır ki, həmin ittiham saxta olacaq. Fuad bəyi ölkəmizin demokratikləşməsi uğrunda apardığı ardıcıl, prinsipial mübarizəsinə görə həbs edirlər. Nə baş verməsindən asılı olmayaraq, AXCP-nin də, Fuad bəyin də mübarizəsi bu ölkədə demokratiya və azadlıqlar tam bərqərar olana qədər davam edəcək”, Əli Kərimli Facebook səhifəsində yazıb.

Fuad Qəhrəmanlını polislərin evindən apardığını həyat yoldaşı Zümrüd Yağmur da özünün facebook səhifəsində təsdiq edib.

“Dostlar. Bu gün gunortadan sonra Fuad Qəhrəmanlı evdən polis tərəfindən həbs olundu. Artıq saatlardır ki hec bir xəbər ala bilmirəm. Telefonu bağlıdır”, o qeyd edib.

Hazırda Fuad Qəhrəmanlının mobil telefonu zəngləri qəbul etmir.

Rəsmi qurumlar AXCP sədrinin müavininin saxlanması və ya həbsi barədə hələ hər hansı məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG