Accessibility links

Prokurorluq Fuad Qəhrəmanlının evində axtarış aparır (Foto Mehman Hüseynovun Facebook səhifəsindəndir)

Prokurorluq Fuad Qəhrəmanlının evində axtarış aparır (Foto Mehman Hüseynovun Facebook səhifəsindəndir)

Hazırda prokurorluq əməkdaşları Fuad Qəhrəmanlının evində axtarış aparır.

***

Nəsimi rayon Məhkəməsi AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barədə 3 ay həbs qətimkan tədbiri seçib. Bu qərarı prosesə sədrlik edən hakim Şəlalə Hüseynova qəbul edib.

“İttiham tərəfi Fuad Qəhrəmanlının Facebook səhifələri və mediada dövlət əleyhinə, dini zəmində çağırışlar etdiyinin bildirdi. AXCP sədrinin müavini ittihamları qəbul etmədi və həbsini siyasi sifariş hesab edir”, vəkil Fəxrəddin Mehdiyev jurnalistlərə deyib.

Vəkil Mehdiyev məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

***

AXCP sədrinin müavini Fuad Qəhərmanlı Nəsimi rayon Məhkəsinə gətirilib. Hazırda Qəhrəmanlının işi ilə bağlı məhkəmə iclası davam edir.

Onun barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Bu barədə Amerikanın Səsinə hazırda Nəsimi rayon Məhkəməsinin qarşısında olan AXCP sədrinin digər müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, guya Fuad Qəhrəmanlı bu əməlləri Nardaran hadisələri ilə bağlı edib. "Məhkəmənin AXCP sədrinin müavini barəsində həbs qətimkan tədbiri seçəcəyi gözlənilir".

Qəhrəmanlının hüquqlarını vəkil Fəxrəddin Mehdiyev müdafiə edir.

Hüquq mühafizə orqanları Fuad Qəhrəmanlının hansı səbəbdən günahlandırılması barədə hələ rəsmi məlumat yaymayıb.

XS
SM
MD
LG