Accessibility links

AXCP sədrinin müavininin həbs müddəti daha bir ay uzadılıb


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti yenidən artırılıb.

Vəkil Yalçın İmanov bildirib ki, Nəsimi rayon Məhkəməsində istintaq orqanının verdiyi vəsatətə əsasən F.Qəhrəmanlının barəsindəki həbs qətimkan tədbiri daha 1 ay uzadılıb.

F.Qəhrəmanlı facebook səhifəsində yazdığı statuslara görə, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyatdan sonra dekabrın 8-də həbs olunub. Həmin statuslara görə, ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Sonradan AXCP sədrinin müavinibə qarşı daha ağır ittiham,Cinayət Məcəlləsinin 220.2 maddəsi (kütləvi iğtişaşa çağırış) ilə ittiham elan edilib.

Fuad Qəhrəmanlı və AXCP ittihamları siyasi sifariş hesab edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG