Accessibility links

Fukuşima Daiçi nüvə enerji obyektinin rəhbəri vəzifəsindən istefa verib

  • Amerikanın səsi

Fukuşima Daiçi nüvə enerji obyektinin rəhbəri vəzifəsindən istefa verib

Fukuşima Daiçi nüvə enerji obyektinin rəhbəri vəzifəsindən istefa verib

Tokionun Elektrik Enerji şirkətinin sözcüsü Fukuşima Daiçi nüvə enerji obyektinin rəhbərinin səhhəti ilə bağlı problemlərə görə vəzifəsindən istefa verdiyini bildirib.

Çie Hosoda deyib ki, 56 yaşlı Masao Yoşida səbəbi açıqlanmayan xəstəlikdən müalicə olunmaq üçün xəstəxanaya aparılıb və cümə axşamı vəzifədən gedəcək. O, əlavə edib ki, xəstəliyin detalları Yoşidanın şəxsi həyatının məxfiliyini təmin etmək məqsədi ilə açıqlanmır.

Sözcü Yoşidanın xəstəliyinin radiasiya ilə əlaqədar olub-olmadığını deməyib. Yoşida şirkətin nüvə enerji obyektində əməliyyatlara rəhbərlik edən Tokiodakı ofisinin rəhbəri Takeş Takaşaşi ilə əvəz ediləcək.

XS
SM
MD
LG